foto (15)

1 Dekabr Ümumdünya AİDS Günüdür

 

Hər il olduğu kimi bu il də  AzQAC Sumqayıt şəhər bölməsi 1 Dekabr Ümumdünya AİDS Günü” münasibəti ilə tədbir təşkil etdi. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olan 2021-ci ilin şüarı “Bərabərsizliyə son, AİDS-ə son” başlıqlı maarıfləndirici tədbir Sumqayit Tibb Kollecində baş tutdu. Pandemiya qaydalarına riayət olunaraq, kollecin akt zalında kecirilən tədbirdə müəllim və tələbə heyəti ilə yanaşı,bölmənin FMKD də iştirak edirdi. Bölmə sədri Mətanət Məhərrəmova və Kollecin direktor müavini cıxış edərək, iştirakçıları salamlayaraq, tədbirin mahiyyəti barədə məlumat verdilər.Bölmə sədri M.Məhərrəmova əsrin bəlası olan AİDS xəstəliyinin statistikası, onun yoluxma və qorunması barədə məlumat verdi. Sonra söz FMKD-nin üzlərinə verildi.Onlar da öz növbələrində Hərəkatın yaranması, tarixi, emblemlər, fundamental prinsiplər, bölmənin əsas fəaliyyətləri və bu il görülən işlər barədə məlumat verdilər. Tədbirin sonunda AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən gətirilən AİDS-lə mübarizə və qorunma qaydalarına həsr olunmuş bukletlər, Covid-19-la mübarizəyə həsr olunmuş plakat və braşuralar, qoruyucu maskalar, dizinfeksiya edici məhlullar və spirtlər müəllim və tələbə heyətinə könüllülər vasitəsi ilə paylanıldı. Tədbirdə iştirak edə bilməyən tələbələrə lazımi avadanlıqlar müəllimlər tərəfindən catdırıldı.foto (1) foto (12) foto (28) foto (30) foto (33) foto (61) foto (68) foto (70) foto (93)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.