bdc08096-e447-4f8c-b256-e1c53bf2ec9c

“Cənubi Qafqazda yerli icmaların fövqəladə hallar zamanı dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində ötən aylarda olduğu kimi mart ayında da fəaliyyətlər fəal şəkildə həyata keçirilir

Ay ərzində layihə meneceri Samirə Həsənli rayon və şəhər bölmələri ilə onlayn görüşlərdə həm təlimlər keçir, həm də çətinliklər, müvəffəqiyyətlər, plan və  təkliflərlə bağlı müzakirələr aparır.

Beləliklə layihəyə daxil olan bölmələrdən Qax və Ağdaş rayon ofisində könüllülər arasında Epidemiya və Pandemiya hazırlıq, Su-sanitariya və Gigiyena və `Psixososial dəstək` mövzuları əsasında təlimlər keçirildi. Həmçinin Mingəçevir şəhərində H.Əliyev mərkəzində, Asan peşə məktəbində, Gəncə şəhəri Akta ərazisində yaşayan icma sakinlərinə və 122 saylı məktəb şagirdlərinə, Sabirabad rayonunda Cavad kənd məktəbində və İmişli rayonunda 8 saylı məktəbdə icma əsalı könüllülərə, müəllimlərə, tələbə və şagirdlərə eyniadlı mövzular, yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə bağlı sessiyalar keçirildi. Sonda müəllim və şagirdlərə lifletlər, gigyenik vasitələr, spirt, maska və. s paylanıldı.

Məktəblərdə Sağlamlıq güşələri yaradılaraq müəllim və şagirdlərin, hətta valideynlərin davamlı olaraq güşədə olan maarifləndirici məlumatlardan yararlanmasına şərait yaradılmışdır.

380356ef-7838-485e-85a3-da9c2713ea22 28c02aa8-41aa-4eeb-8edb-00fde3087beb c91f5902-2d10-4c8c-8f7c-62f0c577d7f4 bdc08096-e447-4f8c-b256-e1c53bf2ec9c 275292162_479147443630911_5732005519286654884_n 3e72a691-59fe-4dc9-b5ef-d2dd2e834edd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.