Müqəddəs Ramazan ayında Lactalis Caspi MMC tərəfindən göndərilən süd məhsulu Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha, ehtiyaclı ahıllara və ailələrə təqdim olundu. Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə süd məhsulu bölmə könüllüləri tərəfindən evlərində çatdırıldı.