Ay ərzində layihə meneceri Samirə Həsənli rayon və şəhər bölmələri ilə onlayn görüşlərdə həm təlimlər keçir, həm də çətinliklər, müvəffəqiyyətlər, plan və təkliflərlə bağlı müzakirələr aparır.
Beləliklə layihəyə daxil olan bölmələrdən Qax və Ağdaş rayon ofisində könüllülər arasında Epidemiya və Pandemiya hazırlıq, Su-sanitariya və Gigiyena və `Psixososial dəstək` mövzuları əsasında təlimlər keçirildi. Həmçinin Mingəçevir şəhərində H.Əliyev mərkəzində, Asan peşə məktəbində, Gəncə şəhəri Akta ərazisində yaşayan icma sakinlərinə və 122 saylı məktəb şagirdlərinə, Sabirabad rayonunda Cavad kənd məktəbində və İmişli rayonunda 8 saylı məktəbdə icma əsalı könüllülərə, müəllimlərə, tələbə və şagirdlərə eyniadlı mövzular, yoluxucu və qeyri-yoluxucu xəstəliklərlə bağlı sessiyalar keçirildi. Sonda müəllim və şagirdlərə lifletlər, gigyenik vasitələr, spirt, maska və. s paylanıldı.
Məktəblərdə Sağlamlıq güşələri yaradılaraq müəllim və şagirdlərin, hətta valideynlərin davamlı olaraq güşədə olan maarifləndirici məlumatlardan yararlanmasına şərait yaradılmışdır.