20 Aprel 2022 tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının koordinasiya görüşü keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Türk Kızılay, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və İran Qızıl Aypara Caəmiyyəti iştirak etdi.
Görüş ərzində ötən tarixlər və 2022-ci ilin iş rüblüyünə qısa baxış edilib və görülən işlər müzakirə olunub. Digər məsələ isə gələcək fəaliyyətlərlə bağlı olub. Gələcəkdə Hərəkat olaraq hansı işlərin görüləcəyi və nələrin planlanılacağı müzakirə edilib. Koordinasiya görüşünün sonunda isə növbəti görüş üçün vaxt təyin edilib.