10 ildən artıqdır ki, AzQAC tərəfindən ölkədə bir sıra ali və orta ixtisas təhsil müəssisələrindən olan tələbələri üçün istehsal təcrübə proqramı həyata keçirilir. Bu proqrama Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, BQXvəQACF, BQXK və AzQAC-n Regioan Mərkəzlər və Rayon Bölmələr vasitəsilə həyata keçirilən humanitar və tibbi-sosial fəaliyyətlər barədə müxtəlif mövzuları əhatə edən maarifləndirici seminar, təlimlər və tədbirlər tədbiq olunur.
Belə ki, apral ayının 18-də Qərb Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin tələbələri üçün AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Qeyri Yoluxucu Xəstəliklərlə (QYX) mübarizəyə həsr edilən seminar təşkil olunmuşdur. “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova seminar iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının QYX anlayışını və bu xəstəliklərin yaranma səbəbləri, mübarizə tədbirləri barədə məlumatları təqdim etdi. Bununla yanaşı seminarda 7 Aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilən məlumatlarda QYX önəmli oldu əlaqəli məqamlar da səsləndi. Seminarın bir çox hissəsi tələbələrə interaktiv şəkildə “Sağlam həyat tərzi” mövzusuna ayrılmışdı. M.Qaraxanova, seminar iştirakçılarına Ümumdünya Səhiyyə Təşkilatının “Sağlam həyat tərzi” anlayışını açıqlayıb, buna daxil olan düzgün qidalanma, fiziki aktivlik, zərərli vərdişlər, yoluxucu xəstəliklər, Vərəm, AİDS-lə bağlı məlumatları geniş şəkildə çatdırdı. Bununla yanaşı, iştirakçılara xəstəliyin qarşısının alınması (profilaktika), xəstəliyin səbəblərini aradan qaldırmaq və ya qarşısını almaq üçün tədbirlər sistemi barədə də geniş məlumatlar təqdim edildi. M.Qaraxanova tərəfindən iştirakçılara sağlam həyat tərzini sürmək bacarığına malik olmaq, nəyin sağlam və nəyin zərərli olduğu, özünü necə nizam-intizamla tənzimləmək, düzgün gündəlik rejimi qurmaq, həmçinin xüsusi prosedurları yerinə yetirmək və düzgün qidalanma haqqında xüsusi biliyə malik olmağın vacibliyi qeyd edildi. Bu baxımdan insanlara öz zəif tərəflərini bilmək və xəstəliklərin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görməyin vacibliyini və sağlam həyat tərzinin rolu barədə məlumatlar xüsusi vurğulandı. Seminar müddətində təqdimatda yer alan siqaretçəkmə ilə bağlı məlumatlar iştirakçılarda maraq yaradıb, bu mövzu ətrafında geniş müzakirəyə səbəb oldu. Sonda iştirakçılara İSİM tərəfindən hazırlandığı əyani vəsaitlər paylanıldı.