foto (2)

Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasının açılış mərasimi

 

Ötən il “Mərhəmətli olmağa tələsin” devizi altında həyata keçirilən aksiyasi zamanı “Azərikimya” İB-nin tabeçiliyində olan müxtəlif zavodlardan və bəzi ümum təhsil ocaqlarından  toplanılmış isti geyimlər qablaşdırılaraq 250 ailədən olan uşaqlara paylanılmışdır. Bunlardan 85-i müxtəlif  təhsil ocaqlarında təhsil alan, valideyn himayəsindən məhrum uşaqlara, 65 xüsusi tipli internat məktəbinin şagirdlərinə, 100 nəfəri isə evlərdə yaşayan sağlamlıq imkanları məhdud olan uşaqlar idi.

 

Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və “Azərikimya” İB-nin birgə təşkilatçılığı ilə artıq 5 ildir ki keçirilən “Mərhəmətli olmağa tələsin” xeyriyyə aksiyasının növbəti mərhələsinə start verildi. Rəsmi açılış mərasimi noyabr ayının 27-də “Azərikimya” İB-nin akt zalında keçirildi. Tədbirdə millət vəkili Muxtar Babayev və “Azərikimya” İB-nin  müəssisə rəhbərləri, Sumqayıt şəhərinin idarə və təşkilatlarının nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə “Azərikimya” İB-nin mətbuat katibi Rafiq Oday açaraq, tədbirin məğzi barədə məlumat verdi. Çıxış üçün söz  Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovaya verildi. O, aksiya iştirakçılarını salamlamış və “Azərikimya” İB ilə birgə olan olan əməkdaşlıqdan, keçirilmiş layihələrdən qısa olaraq bəhs etmişdir. Mətanət Məhərrəmova bölmənin fəaliyyətinə həsr olunmuş şəkillərdən ibarət slaydların  müşahidi ilə çıxış etdi. Ötən il də təşkil olunmuş bu aksiyanın nəticələrindən danışdı. Daha sonra çıxış edən “Azərikimya” İB-nin Müşahidə şurasının sədri, millət vəkili Muxtar Babayev ötən il təşkil olunmuş “Mərhəmətli olmağa tələsin” aksiyasının bu il də daha yaxşı nəticələr verməsi üçün hər kəsi fəal əməkdaşlığa dəvət etmişdir. Söz alan Xəzər səhmdar Cəmiyyətinin sədri sahibkar Qüdrət Kərimov xeyriyyəçilik ənənələrinin Azərbaycan xalqına məxsus ən qədim xüsusiyyət olduğunu vurğulamış, bu tədbirə dəvət aldığı üçün təşəkkürünü bildirərək aksiyada fəal iştirak edəcəyini əminliklə qeyd etdi. Sonda çıxış edən “Azərikimya” İB-nin Həmkarlar Şurasının sədri Vaqif Ömərov da aksiyadan keçən il 300 uşağın bəhrələndiyini qeyd edərək iştirakçıları aksiyada fəal olmağa dəvət etdi.foto (3) foto (4) foto (5) foto (7) foto (10) foto (11) foto (12) foto (14) foto (15) foto (17) foto (19) foto (29) foto (35) foto (38) foto (44) foto (46) foto (47) foto (48)

 

Qeyd edək ki, aksiyada iştirak etmək istəyən hər kəs, topladığı az istifadə olunmuş və ya yeni isti geyimləri  noyabr ayının 27-dən etibarən həftə içi hər gün saat 10:00dan 18:00a kimi AzQAC Sumqayıt şəhər bölməsinin ofisinə (Sumqayıt şəh., Mehdi Hüseynzadə,7(Mülki-müdafiə idarəsinin həyəti, əlaqə tel. 65-5-67-41) təhvil verə bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.