Изображение 009

1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü”dür

1988-ci ildən etibarən hər il dekabr ayının 1-də “Ümumdünya QİÇS-lə mübarizə günü” qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur.

Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi, Ümumdünya QİÇS-lə mübarizə günü “Sıfır məqsədini əldə etməyə doğru ” şüarı altında keçirilir. Yəni, sıfır – yeni yoluxma halları, sıfır – İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları və sıfır – QİÇS -lə bağlı ölüm halları.

Hesabatda göstərilir ki, dünya miqyasında 2012-ci il ərzində 2001-ci illə müqayisədə böyüklər və yeniyetmələr arasında İİV-ə yeni yoluxma halları 33% azalmışdır, uşaqlar arasında isə 52% azalmışdır.

İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problem olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan infeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.

İİV-ə yoluxmuş 4694 Azərbaycan vətəndaşından 1198-i (25,5%) Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı (73,7%) Respublikanın digər 55 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 38 nəfərin (0,8%) yaşayış yeri naməlumdur.

4694 nəfər Azərbaycan vətəndaşından 2578-də (54,9%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də (34,9%) heteroseksual, 61-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 82-də (1,7%) anadan uşağa keçməklə, 1-də (0,02%) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 336 nəfərdə (7,2%) yoluxma yolu müəyyən edilməmişdir.

İİV/QİÇS-in qarşısının alınması məqsədilə 22 -29 noyabr 2014-cü il tarixində “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi Azərbaycanda da keçirilmişdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzi bir çox ali və orta ixtisas təhsil müəssisələrində (o cümlədən regionlarda) tələbələr arasında, iri Ticarət Mərkəzlərində, Beynəlxalq Avtovağzal və digər obyektlərdə könüllülük prinsipi əsasında İİV-ə müayinə aksiyaları həyata keçirmişdir.

Belə ki, 30 noyabr 2015-ci il tarixində  Sabunçu rayonunun Gənclər mərkəzində 1 dekabr QİÇS-lə Mübarizə günü münasibətilə tədbir keçirilmişdir.

Məqsəd: Yaşa uyğun İİV\QİÇS –lə bağlı biliklərin təmin edilməsi, gənclərə zəkalı qərarlar qəbul edilməsində kömək, İİV\QİÇS –in qarşısını almaq üçün  sağlamlıqla bağlı davranışın inkişafını gənclər arasında bölüşməkdir.

Tədbir  Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsi, Gənclər Komitəsi və Sabunçu rayon bölməsinin  təşəbbüsü, Respublika QİÇS mərkəzinin və Sabunçu rayon Gənclər İdarəsinin əməkdaşlığı nəticəsində  həyata keçirilmişdir.   Ilk öncə tədbir iştirakçıları tərəfindən mövzu haqqında məlumat verilmiş, sonra isə Respublika QİÇS mərkəzinin mütəxəssisi tərəfindən ətraflı prezentasiya təqdim olunmuş, gənclər arasında sorğu-suallar aparılmış, onları maraqlandıran suallar mütəxəssislər  tərəfindən cavablandırılmışdır.

Daha sonra tədbir zamanı gənclər QİÇS mərkəzinin təşkil etdiyi QİÇS-lə bağlı qan analizindən keçmişlər, heç bir gəncdə bu xəstəlik aşkar edilməmişdir.  Qeyd edək ki, tədbirdə 300-dən artıq tələbə iştirak etmişdir. Onun 80 nəfəri qan analizindən keçmişdir.

Sonda Respublika QİÇS mərkəzinin və Sabunçu rayon Gənclər və İdman idarəsinin rəhbərliyi  Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə təşkil edilmiş tədbirə görə öz təşəkkürlərini bildirmişlər. Biz də Qızıl Aypara Cəmiyyəti olaraq, tədbirdə əməyi keçən bütün şəxslərə öz təşəkkürümüzü bildiririk.

Tədbirlərimiz davam edir.Изображение 001 Изображение 002 Изображение 004 Изображение 005 Изображение 007 Изображение 010 Изображение 012 Изображение 014 Изображение 016 Изображение 023 Изображение 026 Изображение 030 Изображение 031 Изображение 033 Изображение 036 Изображение 040

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.