23 May 2022-ci ildə Sumqayıt şəhərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələrinin inkişafına dair 3 günlük seminarı başlayıb. Seminarın ilk günü açılışı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin idarə rəisi və vitse prezidenti Əziz Qocayev edib. Daha sonra Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi Serdar Günel seminarda öz fikirlərini bildirdi. Seminarın gedişatında AzQAC-nin Gənclər və Könüllülər üzrə şöbə müdiri və icraçı katibin müavini Xalidə İsgəndərova şöbələrin inkişafı ilə bağlı məlumatlar bölüşdü.
Seminar qarşılıqlı müzakirələr formasında davam etdi. Daha sonra güclü bölmənin hansı xüsusiyyətlər daşımasından, yaxşı hazırlığından, potensialının və hədəflərinin qiymətləndirmə qaydalarından danışıldı. Seminarın sonunda isə risk və dözümlülük mövzusunda çıxışlar oldu. Seminarda iştirak edən bölmələr qruplar halında müzakirələr edib, planlar və fəaliyyətlə hazırladılar. Seminar daha 2 gün davam edəcək.