16-17 İyun 2022-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar nazirliyinin akademiyasında Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Təbii və Texnogen Fəlakətlərin qarşısının alınması, hazırlıq və cavabvermə tədbirləri” üzrə Şərq Proqramının 3-cü fazası (PPRD EAST-3) çərçivəsində təlim keçirilmişdir.
Tədbir FH nazirliyinin təşkilatçılığı, İsveç Krallığı Fövqəladə Hallar Agentliyinin və İtaliya Respublikasının Mülki Müdafiə Departamentinin Beynəlxalq Ətraf Mühitin Monitorinqi Mərkəzinin birgə tərəfdaşlığı ilə keçirilmişdir.
Tədbirdə Fövqəladə Hallar, Xarici İşlər, Səhiyyə, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, TƏBİB-in, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul nümayəndələri iştirak etmişlər.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ekspertləri qismində Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri – İcraçı Katibin müavini Elşən Səlimzadə və Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov iştirak etmişlər.