Son illər ərzində Azərbaycanda İçtimai Şuraların fəaliyyətləri barədə məlumatlar əhali arasında geniş təqdim edilir.
Belə ki, iyul ayının 20-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzində “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği: ictimai şuraların rolu” mövzusunda görüş təşkil olunmuşdur. Görüş USAİD-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində keçirilirdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayyəndələri və səhiyyə sahəsində fəaliyyət göstərən QHT, vətəndaş cəmiyyətinin nümayyəndələri görüşdə iştirak etmişlər.
USAID-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsinin məqsədi səhiyyə yönümlü QHT-lər, səhiyyə mütəxəssisləri arasında ictimai iştirakçılığın qanunvericilik bazasının təbliği və bu istiqamətdə potensiallarının gücləndirilməsi, onların ictimai şuralarda təmsilçiliyinin təbliğ edilməsi və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasıdır. Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxış edərək, görüşün əhəmiyyətini vurğulayıb və bu layihənin həyata keçirilməsini ictimai iştrakçılığa açılan bir qapı olduğunu bildirmişdir. İctimai iştrakçılıq qanunla tənzimlənən qaydalara əsaslanmasını və kommunikasiya əlaqələrinə söykənərək, ictimaiyyətlə kommunikasiya əlaqələrinin qurulmasının dövlət qurumlarının işinə həm kömək, həm də dəstəkverici rolunu xüsusi vurğulamışdır.
“Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev geniş təqdimatla çıxış edərək, içtimai şuraların ictimai iştirakçılığı əks etdirən dəyərlər, onun məqsəd və formaları, səhiyyədə tətbiqi, ictimai şuraların formalaşması və fəaliyyət prinsipləri, seçkilər prosesi, şura üzvləri və qurum arasında qarşılıqlı effektiv münasibətlərin yaradılması və digər məsələlər barədə geniş məlumatları çatdırmışdı.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” layihəsinin rəhbəri Ziba Nəbiyeva keçirilən görüşün birgə əməkdaşlığın bariz nümunəsi olduğunu bildirmişdir. O qeyd etdi ki, layihə çərçivəsində peşəkar assosiasiyalar və pasiyent təşkilatlarının nümayəndələri ilə əlaqə saxlanılıb, onların ictimai iştirakçılıq prosesi barədə məlumatlılığı, ictimai şuralarda təmsil olunmaq maraqları dinlənilib və mövzu üzrə maarifləndirilməsi aparılıb. Eyni zamanda, FB sosial şəbəkə üzərində QHT-lərin bir-birini tanıması və əməkdaşlıq etməsi imkanlarını artıran “İctimai səhiyyə üzrə əməkdaşlıq Platforması” adlı qrup yaradılıb. Layihənin növbəti mərhələsində ictimai şuraların fəaliyyətinin, keçirilən seçkilərin şəffaflığının dəyərləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri arasında sorğu aparılmış və nəticələr əsasında tövsiyələr hazırlanmışdır.
Görüşdə səmərəli fikir mübadiləsi aparılmış, vətəndaş cəmiyyəti nümayəndələrinin təklifləri dinlənilmiş və verilən suallar cavablandırılmışdır.
Adı çəkilən görqşdə AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova iştirak etmişdir.