IMG_3395

6 sentyabr 2022 ci-ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində NPVY üzrə İşçi Qrupunun növbəti iclası keçirildi

İclas Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və Nağd Əməliyyatlar üzrə məsul şəxsi Nuranə Qasımzadə və Beynəlxalq Federasiyanın Azərbaycandakı Nağd əməliyyatlar üzrə nümayəndəsi Hanifi Kınacının moderatorluğu və təqdimatı ilə baş tutmuşdur.

İclasın gündəliyində duran və müzakirə edilən əsas mövzu ehtiyaclı insanlar arasında aparılacaq sorğular ilə bağlı idi.

Görüş zamanı könüllülər üçün ötən ay keçirilən nağd əməliyyatlar seminarında müşahidə edilən məsələlər, ehtiyacların qiymətləndirilməsi, sorğunun vaxtı və yeri, anketin nəzərdən keçirilməsi, bölmələrdən toplanmış ehtiyaclı insan siyahısı və İşçi Qrupunun rəyləri, sorğunun aparılması üçün satınalma prosesinin həyata keçirilməsi və könüllülərin xərclərinin hesablanması müzakirə olunmuşdur.

Daha sonra qeyd olundu ki, sorğuya cəlb olunacaq ehtiyaclı insan sayı layihənin həyata keçiriləcəyi 5 rayon (Lənkəran, Fizuli, Saatlı, İmişli, İsmayıllı) üzrə nəzərdə tutulub. Sorğular nağd əməliyyatlar üzrə seçilmiş könüllü qrupundan müəyyən olunmuş 10 könüllünün dəstəyi ilə aparılması gözlənilir.

İclas işçi qrupu üzvlərinin rəy, təklif və müzakirəsi ilə yekunlaşmışdır.

IMG_3394 IMG_3395 IMG_3396 IMG_3397

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.