Dekabrın 3-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasına start verilmişdir. Minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu aksiyada Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin işçi heyəti və könüllüləri də iştirak ediblər.
Qanvermə aksiyanın keçirilməsində məqsəd talassemiyadan əziyyət çəkən xəstələrə dəstək olmaq və onların qana olan ehtiyaclarını qismən də olsa ödəməkdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aksiya iştirakçıları müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılmışdı. Qanvermə aksiyası zamanı qan verən insanlar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.
Qeyd edək ki, aksiyada 250 nəfərdən artıq insan iştirak etsə də onlardan 100 nəfərin qanı yoxlanılaraq götürülmüş və Mərkəzi Qan Bankına təhvil verilmişdir