sekil (5)

Qanvermə aksiyasında AzQAC-nin Sumqayıt şəhər bölməsinin iştirakı

 

 

Dekabrın 3-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün 2010-cu ildən bəri davamlı olaraq keçirilən növbəti qanvermə aksiyasına start verilmişdir.  Minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən bu aksiyada Azərbaycan Qızıl   Aypara   Cəmiyyəti   Sumqayıt   şəhər bölməsinin   işçi   heyəti  və könüllüləri  də iştirak  ediblər.

Qanvermə aksiyanın keçirilməsində  məqsəd  talassemiyadan əziyyət  çəkən   xəstələrə  dəstək  olmaq  və  onların  qana  olan ehtiyaclarını  qismən  də  olsa  ödəməkdir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərlik xüsusi tibb briqadası tərəfindən aksiya iştirakçıları müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanılmışdı. Qanvermə  aksiyası  zamanı  qan verən insanlar üçün  çay və şirniyyat süfrəsi  təşkil  olunub.

Qeyd  edək  ki, aksiyada  250 nəfərdən  artıq   insan  iştirak  etsə  də  onlardan  100 nəfərin  qanı  yoxlanılaraq  götürülmüş  və  Mərkəzi  Qan Bankına  təhvil  verilmişdirfoto (56) foto (59) image (38) sekil (2) sekil (3)foto (6) foto (8) foto (15) foto (18) foto (44) foto (45) foto (48) sekil (5)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.