5 sentyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Beynəlxalq Federasiyanın nümayəndələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə regional ofisi ilə işləyən proqram koordinatoru, İvar Şram məsləhətləşmələr aparmaq və proqramın icrasını izləmək üçün Bakıya səfər edib. Beynəlxalq Federasiyanın və AzQAC-ın nümayəndələri Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “BRIDGE” proqramı (icma ehtiyacları ilə Azərbaycanda vətəndaş cəmiyyətinin yerli imkanları arasında fərq) ilə bağlı planlar, davam edən fəaliyyətlər və nailiyyətlər haqqında müzakirələr aparıblar.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse prezidenti, Rövşən Əliyev, icraçı katib, Ceyhun Mirzəyev, icraçı katibin müavini Şaban Şayev, Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə regional ofisinin proqram koordinatoru, İvar Şram, Beynəlxalq Federasiyanın Azərbaycan nümayəndəliyinin rəhbəri Sərdar Günel və proqram üzrə assistent Fəridə Kazımzadə iştirak edirdi.