IMG_20221007_111617_400

“Sağlam Yaşlanma” (“Healthy Ageing”) mövzusunda təlimçilər üçün təlim (ToT) keçirilib

4-6 oktyabr tarixlərdində Tbilisi şəhərində Aneta Trgacevsanın rəhbərliyi ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyası (BQXQACF) tərəfindən təşkil olunan “Sağlam Yaşlanma” (“Healthy Ageing”) mövzusunda təlimçilər üçün təlim (ToT) keçirilib.

Təlimdə Belarusiya, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Milli Cəmiyyətlərindən nümayəndələr, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Mətanət Qaraxanova və Samirə Həsənli iştirak ediblər.

Təlim Beynəlxalq Federasiyanın Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyevin açılış nitqi ilə başladı. O, iştirakçıları salamladıqdan sonra uzunömürlülüyün getdikcə artan statisitik göstəricilərini nümunə gətirərək “Sağlam Yaşlanma” mövzusunun müasir dövrdə əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, yaşlanma mərhələlərinə uyğun fizioloji imkanlar, sağlam yaşlanmanın qiymətləndirilməsi, davranış dəyişiklikləri, fiziki fəaliyyət və sağlam qidalanma kimi mövzular üzrə bilik və bacarıqların artırılması və ölkələr arası təcrübələrin mübadiləsi adı çəkilən fəaliyyətin ölkələrdə daha da yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır.

Təlimin gündəliyinə müxtəlif modullar üzrə qrup işləri, nəzəri biliklər və praktiki məşğələlər daxil idi. Sonda iştirakçılara sertifikatlar təqdim olundu.

IMG_20221004_103317 IMG_20221005_095616 IMG_20221007_111617_400 (1) IMG_20221007_110922_855 IMG_20221004_121614

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.