unnamed (3)

Fövqəladə Hallara Hazırlılıq və Cavabvermə planının hazırlanması üzrə görüş keçirilib

7 oktyabr 2022-ci il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ofisində Fövqəladə Hallara Hazırlılıq və Cavabvermə planının hazırlanması üzrə görüş keçirilib. Görüşün əsas məqsədi Fövqəladə Hallara Hazırlılıq planının ilkin formasını və sənədləri (müvafiq ssenarilər, mümkün cavab, hazırlıq, kommunikasiya və əlaqələndirmə) yeniləmək və işləyib hazırlamaq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərəfdaşları arasında Hərəkatın  Fövqəladə Hallara Hazırlılıq və Cavabvermə planının hazırlanması prosesinin izlənməsinə dair razılıq əldə etmək və növbəti addımlar barədə qərar qəbul etmək idi.

Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev, icraçı katibin müavini Xalidə İsgəndərova, Humanitar yardım şöbənin müdiri Əliağa Abbasov, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanəv, Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Renat Vəliyev və digər  proqramlar üzrə müvafiq şöbələrin əməkdaşları, Türkiyə Qızıl Aypara Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Semih Paslı, Beynəlxalq Federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin əməkdaşı Dmitriy Rusakov, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin Əməkdaşlıq şöbəsinin nümayəndələri Laura Sesenna, Rasim Allazov və Rəvanə Həsənli iştirak ediblər.

Tədbirin sonunda planın ilkin variantını bölüşmək və təqdim etmək üçün növbəti görüşün təyin olunması qərara alındı.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.