7 oktyabr 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində müvafiq rayon bölmələrinin sədrləri ilə “Nağd pul və vauçer yardımı” (NPYV) üzrə növbəti görüş keçirilib. Görüşün məqsədi “Nağd pul və vauçer yardımı” üzrə keçiriləcək ikinci layihəyə hazırlıq üçün müzakirələrin aparılması və birgə qərarların alınmasından ibarət olmuşdur.
Görüş zamanı “Nağd pul və vauçer yardımı” proqramı çərçivəsində layihədən öncə qiymətləndirmə aparmaq məqsədilə həyata keçirilən sorğular, onların nəticələri və qarşıya çıxan çətinliklər barədə təqdimatlar olunmuşdur. Daha sonra layihə üçün təyin olunacaq seçim meyarları, ehtiyaclı insanların qeydiyyatı, məlumatların doğruluğunun yoxlanılması, yardım məbləğinin müəyyən olunması, qarşıya çıxa biləcək risklər, icma ilə əlaqələr və hesabatlılıq, yerli hakimiyyət orqanlarının məlumatlandırılması, qaynar xəttin yaradılması və könüllülərin cəlb olunması mövzuları ətrafında müzakirələr olunmuşdur.
Görüşdə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, regional bölmələrlə əlaqələr şöbəsinin rəhbəri Əziz Qocayev, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri və nağd pul və vauçer yardımı üzrə məsul şəxs Nuranə Qasımzadə, Beyəlxalq Federasiyanın NPVY üzrə ölkədəki nümayəndəsi Hanifi Kınacı və AzQAC-ın in müvafiq rayon bölmələrinin sədrləri iştirak ediblər.
Görüş regional bölmələrlə əlaqələr şöbəsinin rəhbəri Əziz Qocayevın müvafiq məsləhət və tapşırıqları ilə yekunlaşıb.