Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsi donor və yerli təşkilatlarla sıx əməkdaşlıq edərək ehtiyacı olan ailələrə mütəmadi olaraq humanitar yardım göstərir. Belə ki, bölməyə mütəmadi olaraq dəstək göstərən AzQAC-ın Sumqayıt şəhər bölməsinin keçmiş əməkdaşı Nərgiz Əhmədova tərəfindən növbəti dəfə AzQAC-ın Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan 10 nəfər ehtiyaclı şəxsə qurban payı verildi.
Benefisiarlar onları daima diqqət mərkəzində saxlayan xeyirxah insanlara və AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədrinə və könüllülərinə öz minnətdarlıqlarını bildiriblər.