20221101_091240 (1)

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşı və könüllüləri psixi sağlamlıq seminarında iştirak ediblər

1-3 noyabr 2022-ci il tarixində  Bakıda İsveç Qızıl Xaç Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)  birgə olaraq “Travmaya məlumatlı yanaşma” adlı psixi sağlamlıq seminarı təşkil etmişdir. Seminarda münaqişədən təsirlənmiş uşaqlara və ailələrə daha yaxşı kömək etmək üçün fikir və təcrübə mübadiləsi aparmaq məqsədi ilə 40 nəfər psixi sağlamlıq üzrə mütəxəssis iştirak etmişdir.

Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) psixoloqu Nigar Qədəşova və AzQAC-ın Ağdam, Bərdə və Füzuli rayon bölmələrindən Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri iştirak etmişdir.

Könüllülər seminarın mövzularına böyük maraq göstərmiş, İsveç Qızıl Xaç Cəmiyyətinin hazırladığı “Mənim haqqımda kitab” alətindən istifadə etməklə münaqişədən zərər çəkmiş uşaqlarla iş təcrübələrini bölüşmüşlər.

20221101_091240 (1) 20221101_145638 312173280_438769475074375_6443384388550788676_n 312447988_438769315074391_889250484866629424_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.