1-3 noyabr 2022-ci il tarixində Bakıda İsveç Qızıl Xaç Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq “Travmaya məlumatlı yanaşma” adlı psixi sağlamlıq seminarı təşkil etmişdir. Seminarda münaqişədən təsirlənmiş uşaqlara və ailələrə daha yaxşı kömək etmək üçün fikir və təcrübə mübadiləsi aparmaq məqsədi ilə 40 nəfər psixi sağlamlıq üzrə mütəxəssis iştirak etmişdir.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) psixoloqu Nigar Qədəşova və AzQAC-ın Ağdam, Bərdə və Füzuli rayon bölmələrindən Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) üzvləri iştirak etmişdir.
Könüllülər seminarın mövzularına böyük maraq göstərmiş, İsveç Qızıl Xaç Cəmiyyətinin hazırladığı “Mənim haqqımda kitab” alətindən istifadə etməklə münaqişədən zərər çəkmiş uşaqlarla iş təcrübələrini bölüşmüşlər.