foto (4) 2

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Sumqayıt şəhər bölməsi humanitar fəaliyyətlərə davam edir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir. Cəmiyyətin Sumqayıt şəhər bölməsi də öz növbəsində mütəmadi olaraq aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan şəxslərə humanitar yardımlar edir.
Noyabrın 3-də Milli Cəmiyyətə daima dəstək olan və adının çəkilməsini istəməyən şəxsi donor tərəfindən Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan aztəminatlı şəxslərə və ahıllara ərzaq bağlamaları paylanıldı.
AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bu xeyirxah təşəbbüsə görə şəxsi donora öz təşəkkürünü bildirdi.
Benefisiarlar da onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədrinə, könüllülərinə və xeyirxah şəxslərə öz minnətdarlıqlarını bildirdilər.
foto (46) foto (19) 2 foto (4) 2 2c7edcbc-78a2-41f0-be36-be9c20b25bc3 313420624_3516507188632506_3657682457227684929_n

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.