WhatsApp Image 2022-11-03 at 12.30.37 PM

Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin Milli Cəmiyyətlərinin Rəhbərlərinin Görüşləri davam edir

Noyabrın 3-də Moskvada keçirilən Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətlərinin Milli Cəmiyyətlərinin Rəhbərlərinin Görüşləri davam edir.

Müzakirələr zamanı çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) icraçı katibin müavini Şaban Şayev Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həm Covid-19 pandemiyası zamanı, həm də 44 günlük müharibə zamanı fəaliyyətləri haqqında ətraflı məlumat verdi. O, öz çıxışında hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prioritet fəaliyyət sahələrindən və hədəflərindən birinin mina riskləri və təhlükəsizliyə dair maarifləndirmə tədbirlərindən ibarət olduğunu qeyd etdi.

İki gün davam edən görüşlərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərəfdaşları arasında əməkdaşlıq, bu əməkdaşlığın genişləndirilməsi və Milli Cəmiyyətlərin dünyanın üzləşdiyi qlobal məsələlərə dair fəaliyyətləri ilə bağlı təcrübə mübadiləsi haqqında faydalı müzakirələr aparılıb.

WhatsApp Image 2022-11-03 at 12.30.37 PM (2) WhatsApp Image 2022-11-03 at 12.30.37 PM (1) WhatsApp Image 2022-11-03 at 12.30.37 PM WhatsApp Image 2022-11-03 at 12.30.36 PM (1) WhatsApp Image 2022-11-03 at 12.30.36 PM

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.