Yanvarın 17-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş ofisində Cəmiyyətin işçi heyəti üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidməti tərəfindən yanğına qarşı məlumatlandırma seminarı keçirilib. Seminarın əsas məqsədi yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə idi. Seminarda Fövqəladə Hallar Nazirliyinin peşəkar və təcrübəli mütəxəssisləri iştirakçılara yanğın təhlükəsizliyi, mühafizə yolları, yanğının başlamaması üçün görülməli təhlükəsizlik tədbirləri barədə məlumat veriblər.