Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) öz mandatına və missiyasına uyğun olaraq istər dinc dövrdə, istər münaqişə, istərsə də fövqəladə hallar zamanı ehtiyaclı insanlara humanitar yardım göstərir.
Cəmiyyətin Mingəçevir şəhər bölməsi də öz növbəsində mütəmadi olaraq aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan şəxslərə humanitar yardımlar edir. Şəhər bölməsi tərəfindən Mingəçevir Şəfa bağları yaşayış massivində yerləşən fərdi təssərrüfatda baş verən yanğınla bağlı zərərşəkmiş ailəyə humanitar yardım göstərilib.
Benefisiarlar göstərilən dəstəyə görə AzQAC-ın Mingəçevir şəhər bölməsinin sədrinə, könüllülərinə öz minnətdarlıqlarını bildiriblər.