24 Yanvar 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş idarəsində Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Fövqəladə Hallar Nazirliyinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovnik-leytenantı İlqar Əsgərov və Böyük inspektor Fəqan Axundovu qəbul edib. Görüş zamanı iki qurum arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə uzun illər boyunca birlikdə görülən işlər və gələcəkdə planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.
Qarşılıqlı əməkdaşlıq çərçivəsində yanğından mühafizə sahəsində təlimlər, seminarlar keçirilib. Görüşün sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov illərlə davam edən əməkdaşlığın xatirəsi olaraq qonaqlara hədiyyə təqdim edib.