22 yanvar 2022-ci il tarixində Azərbaycan Uşaq və Gənclər Sülh Şəbəkəsinin üzvləri üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında seminar keçirilib. 25 nəfər məktəblinin iştirak etdiyi seminarda iştirakçılara Hərəkatın tarixi, onun əsas prinsipləri və emblemləri, həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və onun fəaliyyətləri baradə ətraflı məlumat verilib.
Qızıl Xaç və Qızıl Aypara Hərəkatı haqqında bilikləri bölüşmək və ictimaiyyəti maarifləndirmək məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işçiləri və könüllüləri Cəmiyyətin tərəfdaşlıq etdiyi təşkilatlarda, təhsil müəssisələrində bu kimi yayım tədbirlərini mütəmadi olaraq həyata keçirir.
Seminar AzQAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanovanın təşəbbüsü ilə keçirilib.