IMG-20230125-WA0026(1)

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

 

25 yanvar 2023-cü ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş idarəsində AzQAC rəhbərliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev və icraçı katibin müavini Şaban Şayev, BQXK nümayəndəliyindən isə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç, əməkdaşlıq şöbəsinin əməkdaşı Rasim Allazov, əməkdaşlıq üzrə koordinator Sisiliya Kituri və əməliyyatlar üzrə rəhbər Beata Skvarska iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin, gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi və sonda isə iki təşkilat arasında əməkdaşlıq memorandumunun imzalanması olub.

Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov, illərdir davam edən qarşılıqlı əməkdaşlığın səmərəli olmasından məmnunluğunu və gələcəkdə də əməkdaşlığın davamlı olacağından əminliyini bildirib. Daha sonra Novruz Aslanov  iki tərəfli layihələrin uğurlu nəticələrindən söz açıb, hərəkatın bir hissəsi olaraq hər iki qurumun üzərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmini vurğulayıb. Son olaraq cənab Novruz Aslanov əməkdaşlıq çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Milli Cəmiyyətə olan dəstəyini təqdir edib.

Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç qarşılıqlı əməkdaşlığın uğurla davam etməsindən məmnunluğunu vurğulayıb və gələcəkdə də bu əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib. Xanım Koiç, 2022-ci ildə əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirilməsindən söz açıb. Daha sonra xanım Koiç iki tərəfli fəaliyyətlərin 2023-cü ildə potensialının artırılacağını bildirib.

Daha sonra AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev qarşılıqlı əməkdaşlığın səmərəliliyindən, ortaya qoyulan işlərin uğurlu davam etdirilməsindən bəhs edib. Ceyhun Mirzəyev çıxışına əlavə olaraq yeni ildən etibarən Milli Cəmiyyət daxilində audit proseslərinin də davam edəcəyini vurğulayıb. Əsas prioritetlərin rəqəmsallaşma olduğunu qeyd edən icraçı katib, fandreyzinq fəaliyyətlərində də rəqəmsallaşma proseslərinin uğurlu olduğunu vurğulayıb.

Görüşün sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç əməkdaşlıq memorandumunu imzalayıblar.

IMG-20230125-WA0025 IMG-20230125-WA0026(1) IMG-20230125-WA0022(1) IMG-20230125-WA0023 IMG-20230125-WA0024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.