8 fevral tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığın istiqamətlərinə dair görüş keçirilib. Görüşün məqsədi təşkilatlar arasında əməkdaşlığın istiqamətlərini, 2023-cü ildə planları və əsas hədəfləri müzakirə etmək idi.
Görüşdə AzQAC-ın icraçı katibin müavinləri Elşən Səlimzadə və Xalidə İsgəndərova, AzQAC-ın müvafiq proqram rəhbərləri, BQXK-ın Əməliyyatlar üzrə rəhbəri Beata Skwarska, müvafiq proqram üzrə əməkdaşlar iştirak ediblər.
Görüşdə hər iki qurumun əməliyyat şöbələrinin nümayəndələri cari il üçün planları təqdim edib və ümumi məqsədlərə çatmaq üçün birgə tərəfdaşlıq fəaliyyətlərini müzakirə ediblər.