Bakıda Türkiyədə zəlzələdən zərər görənlər üçün təşkil edilən yardım kampaniyası davam edir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları və könüllüləri də Heydər Əliyev adına idman kompleksində təşkil edilmiş yardım aksiyasında iştirak edirlər.
Yardımlar könüllülər tərəfindən çeşidlənir və TIR-lara yığılır. Çeşidlənən əşyalar içində zərərçəkənlər üçün isti geyimlər, eləcə də əlcək, şərf, gödəkcələr, yataq dəstləri, təmizlik ləvazimatları, qida, su, xalça, fənər, generatorlar, odun sobaları üstünlük təşkil edir.