P1070587

Quba rayonunda AİDS-lə bağlı maarifləndirici seminar

AzQAC-in  “İcmaya əsaslanan sağlamlıq”  proqramı çərçivəsində İİV/QİÇS-a dair maarifləndirilmə yönümlü görüşlər davam etdirilir. Belə ki, dekabr ayının 7-də Quba rayonu tibb kolejində tələbələrə Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən  İİV/QİÇS-a dair seminar təşkil olunmuşdur. Seminardan öncə kollejdə təhsil alan tələbələrə Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının yaranması, 7 Fundamental prinsiplər, AzQAC-in həyata keçirilən fəaliyyətləri barədə məlumatlar əyani vəsaitlərin nümayişi ilə  təqdim edilmişdir. Sonra seminar iştirakçılarına İİV/QİÇS-lə bağlı (yoluxma yolları, müalicə və profilaktika) tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar çatdırılmışdır. M.Qaraxanova tələbələrin mövzu ilə bağlı  maraqlandırılan bir çox suallarını  çavablandırmışdırP1070591 P1070596

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.