AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində İİV/QİÇS-a dair maarifləndirilmə yönümlü görüşlər davam etdirilir. Belə ki, dekabr ayının 7-də Quba rayonu tibb kolejində tələbələrə Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova tərəfindən İİV/QİÇS-a dair seminar təşkil olunmuşdur. Seminardan öncə kollejdə təhsil alan tələbələrə Beynəlxalq Qızıl Xaç/Aypara Hərəkatının yaranması, 7 Fundamental prinsiplər, AzQAC-in həyata keçirilən fəaliyyətləri barədə məlumatlar əyani vəsaitlərin nümayişi ilə təqdim edilmişdir. Sonra seminar iştirakçılarına İİV/QİÇS-lə bağlı (yoluxma yolları, müalicə və profilaktika) tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatlar çatdırılmışdır. M.Qaraxanova tələbələrin mövzu ilə bağlı maraqlandırılan bir çox suallarını çavablandırmışdır