Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) həyata keçirdiyi humanitar fəaliyyətlərin bir hissəsi olaraq AzQAC-ın rayon bölmələri mütəmadi olaraq ehtiyaclı insanlara humanitar yardımlar göstərir.
Cəmiyyətin Pirallahı rayon bölməsi də öz növbəsində rayon bölməsinin qeydiyyatında olan aztəminatlı ailələrə dəstəyini davam etdirir. Belə ki, mart ayında Pirallahı rayon bölməsi tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı paylanılıb.
Benefisiarlar da onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Pirallahı rayon bölməsinin sədrinə, könüllülərinə və xeyirxah şəxslərə öz minnətdarlıqlarını bildiriblər.