AzQAC-ın Miqrasiya şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə şöbənin Azərbaycan dili kursunun tələbələri ilə birlikdə Novruz bayramı qeyd olunub. Görüş zamanı müəllimə Sona Hacıyeva tərəfindən səməni, Novruz bayramının tarixi və digər adət-ənənələri, çərşənbələr və onların Azərbaycan xalqının həyatındakı yerindən, Novruz inanclarından danışıb. Kursun tələbələrinə el deyimləri, xüsusi bayram təbrikləri öyrədilib.
Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov şərqlilərin Novruz adət-ənənələrindən danışıb, bu bayramın xalqlar arasında bir mədəni bağ olduğunu dilə gətirib və tələbələri təbrik edib.
Sonda bayram masası ətrafında Novruza, bahara, təbiətə aid şeirlər oxunub.
Qeyd olunmalıdır ki, Milli Cəmiyyət tərəfindən eyni zamanda, bayram ərəfəsində 16 miqrant ailəsinə bayram süfrəsi üçün ərzaq bağlamaları da paylanılıb.