Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) həyata keçirdiyi humanitar fəaliyyətlərin bir hissəsi olaraq AzQAC rayon bölmələri mütəmadi olaraq ehtiyaclı insanlara humanitar yardımlar göstərir. Cəmiyyətin Sumqayıt şəhər bölməsi də öz növbəsində mütəmadi olaraq aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan şəxslərə humanitar yardımlar edir.
AzQAC-ın Sumqayıt şəhər bölməsinə daima dəstək göstərən SOCAR Polymer MMC-nin, Paşa Həyat ASC-nin, Paşa Sığorta ASC-nin və Aqrarkredit Səhmdar Kredit təşkilatının dəstəyi ilə Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan aztəminatlı şəxslərə və ahıllara ərzaq bağlamaları paylanılıb.
AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova bu xeyirxah təşəbbüsə görə SOCAR Polymer MMC-nin, Paşa Həyat ASC-nin, Paşa Sığorta ASC-nin və Aqrarkredit Səhmdar Kredit təşkilatının rəhbərliyinə və məsul əməkdaşlarına öz təşəkkürünü bildirib.
Benefisiarlar da onları daima diqqət mərkəzində saxlayan AzQAC-ın Sumqayıt şəhər bölməsinin sədrinə, könüllülərinə və xeyirxah şəxslərə öz minnətdarlıqlarını bildiriblər.