DSC_0067

18 Dekabr bütün ölkələrdə Ümumdünya Miqrant Günü kimi qeyd edilir

Bu gün dünyada olduğu kimi Azərbaycanda da miqrasiya sahəsinə həm dövlətin, həm də qeyri dövlət sektorunun fəal qayğısı göz qabağındadır. AzQAC rayon bölmələri vasitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə  Azərbaycanın bütün məktəb və ali təhsil ocaqlarında miqrasiya ilə bağlı geniş təbliğat yönümlü tədbirləri həyata keçirir.  

Bu günlə bağlı AzQAC  (Regional Mərkəz və Rayon Bölmələri vasitəsilə) “Həyat” Humanitar Dəstək içtimai Birliyi ilə birgə Bakıda Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Gənclər Evində uşaq və yeniyetmələr arasında (miqrantlar da daxil olmaqla) “Mərhəmətlə dolu aləm” adlı rəsm müsabiqəsi keçirdi.

AzQAC miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov tədbiri açaraq iştirakçıları salamladı və bildirdi ki,bu tədbir uşaqlarda mərhəmət, xeyirxahlıq və humanistliyi tərbiyə etmək, çətin həyat şəraiti olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi güdür və əsas dəstəkçi olan AzQAC başda bölmənin sədri Elmira Məlikova olmaqla Sabunçu rayon bölməsinə aktiv təşkilati işə görə təşəkkür etdi.

“Həyat”Humanitar Dəstək içtimai Birliyinin sədri Azər Allahverənov son illər miqrantlarla maraqlanan təşkilat və qurumların sayının azalması baxımından bu tədbirin mühüm əhəmiyyət daşıdığını vurğulayaraq tədbirin təşəbbüskarı AzQAC əməkdaşlarına minnətdarlığını bildirdi. O gələcəkdə də  AzQAC-ın müvafiq şöbələri ilə sıx əməkdaşlığa hazır olduqlarını söylədi.Qadın və Gənclər Mərkəzinin rəhbəri Zəminə Səfərova da tədbirin dünya Miqrant Günü ilə səsləşməsini önə çəkərək müsabiqənin miqrant uşaqlarının cəmiyyətə inteqrasiyasında mühüm rol oynayacağını bildirdi.

Uşaqlarda mərhəmət,  xeyirxahlıq və humanist xüsusiyyətləri  tərbiyə etməyin böyüklərin vəzifəsi olmasına diqqət çəkən AzQAC-in İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova bildirdi ki, adı çəkilən rəsm müsabiqəsində iştirak edən 50 nəfər uşaq və yeniyetmə xeyirxahlığı, mərhəmətliyi və humanistliyi əks etdirən öz rəsm işlərini təqdim etmişlər. Rəsmlər Azərbaycan Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Karikaturaçılar Assosiasiyasının üzvü rəssam Nailə Salmanova tərəfindən qiymətləndirilmişdir.  1, 2, 3  yerin qalibləri xüsusi Təşəkkürnamələr və kiçik hədiyyələrlə təltif  edildi. Qalan iştirakçılara da Təşəkkürnamələr təqdim olundu.

Tədbirdə Azərbaycan Sabunçu rayonu Gənclər və Idman Idarəsi, AzQAC Gənclər və Könüllülər şöbəsinin müdiri, İcraçı Katibin müavini Xalidə İskəndərova, Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva, Binəqədi, Sabunçu, Nəsimi, Xətai, Suraxanı Rayon bölmə sədrləri, 1 saylı Ruhi Xəstəxananın Reabilitasiya şöbəsinin xəstələrindən ibarət həvəskar teatr qrupu, könüllülər, miqrant uşaqlar və valideynlər iştirak edirdilər.

Tədbirdə iştirakçılar üçün çay süfrəsi və konsert proqramı da təşkil olunmuşduDSC_0023DSC_0006 DSC_0021 DSC_0023 DSC_0025 DSC_0032 DSC_0059 DSC_0063 DSC_0077 DSC_0109 DSC_0124

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.