IMG_6857

“Təhlükəsiz Oyun Meydançası” nın rəsmi açılış mərasimini gerçəkləşdi.

17 dekabr  2015-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Niderland Krallığının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində Qazax rayonunun Böyük Cəfərli   kəndində  “Mina Risklərinin Azaldılması” strategiyasına aid ənənəvi layihəsi olan “Təhlükəsiz Oyun Meydançası” nın rəsmi açılış mərasimini gerçəkləşdirmişdir.

2005-ci ildən başlayaraq Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən rayonların, vaxtilə qızğın döyüş meydanı olmuş indi isə soydaşlarımızın məskunlaşdığı əraziləinrdə (kəndlərdə, icmalarda) uşaqları mövcud olan mina və müharibənin partlayıcı qalıqları (MPQ) ilə rastlaşma risklərindən qorumaq məqsədini daşıyan “Təhlükəsiz Oyun Meydançaları” layihəsi Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilir. Layihənin Azərbaycanda önəmli humanitar addım kimi Milli Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilməsinin əsas təşəbbüskarı və dəstəkçisi Beynəlxalq Qızıl Xaç Komitəsi olmuşdur. Layihənin yaranması və həyata keçirilməsi üçün əsas səbəb Azərbaycanda minadan /MPQ dən ölən və yaralananların statistikasında uşaqların sayının həddən artıq çox olması olmuşdur. Belə ki, 2005-ci ildə ANAMAnın (Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) rəsmi statistikasında minadan ölən və zərərçəkənlərin ümumi sayında ümumilikdə 59 nəfərdən 33 nəfəri uşaq kimi qeydə alınmışdır. Bu kimi dəhşətli göstəricilər Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinə “Mina Risklərinin Azaldılması” strategiyası üzrə “Təhlükəsiz Oyun Meydançaları” layihəsinin həyata keçirilməsinə zəmin yaratmışdır. Layihənin həyata keçirilməsini ANAMA əhəmiyyətli hesab edərək daim Azərbaycan Qızıl Aypara Cəmiyyətinə bu sahədə öz dəstəyini vermişdir.

2005-2015-ci  illər ərzində ümumilikdə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarından  57  kənddə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən “Təhlükəsiz Oyun Meydançası” layihəsi quraşdırılaraq uşaqların istifadəsinə verilmiş və bununla da uşaqların mina və MPQ ilə rastlaşma risklərinin qarşısı qismən də olsa alınmışdır. Qeyd etməliyik ki, bu illər ərzində quraşdırılmış bu 56 meydança Azərbaycan Qızıl Aypara Cəmiyyəti və müxtəlif tərəfdaşlarla həyata keçirilmişdir. Bu tərəfdaşlar Norveç Qızıl Xaç Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi, “HOMS” təşkilatı (Heads Of Missions Spouses – Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərlərinin xanımları təşkilatı), Trans Global Projects LTD, Almaniya Qızıl Xaç Cəmiyyəti olmuşdur.

Mina / MPQ problemlərinin bir çox cəbhəyanı kəndlərdə hələ də mövcudluğunu və uşaqlar üçün bu İs

Istiqamətdə hələdə risklərin olmasını nəzərə alaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq eksperti olduğu “Mina Risklərinin Azaldılması” startegiyası çərçivəsində olan “Təhlükəsiz Oyun Meydançaları” layihəsini davam etdirməkdədir.  2015-ci  ilin oktyabr ayında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Niderland Krallığının Azərbaycandakı səfirliyinin  ianə etdiyi maliyyəni  ilə birgə olaraq “Təhlükəsiz Oyun Meydançası” layihəsinin  tikintisinə sərf etmişdir.

Artıq 2015-ci ilin dekabr  ayında 1 cəbhəyanı icmada tikilmiş “Təhlükəsiz Oyun Meydançası” layihəsi hazır olmuş və kənd uşaqlarının istifadəsinə verilməsi üçün rəsmi aşılış mərasimini  qeyd etmişdir. Bu münasibətlə həyata keçirilən rəsmi açılış mərasimlərində  AzQAC-nin İcraçı Katibi Bayram Vəliyev,  bu layihənin koordinatoru Məmməd Kətanov, Niderland Krallığının Azərbaycandakı səfiri Cənab Robber J.Gobriёlse, səfirin xanımı, HOMS təşkilatının üzvü xanım Ursula Cehner, səfirin  müşaviri cənab Casper van Vlokhoven, rayon icra hakimiyyəti başçısının 1-ci müavini Fərman Nağdəliyev, AzQAC-nin Gəncə Regional Mərkəzinin koordinatoru İsmail Əsədov, Miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı.  kənd icma rəhbərləri, kənd məktəb direktoru, müəllim və şagird kollektivləri, kənd ziyalıları və ən əsas kənd uşaqları iştirak edirdilər. Açılış mərasimində uşaqlar öz sevinclərini açıq büruzə verərək onlar üçün inşa edilmiş bu gözəl meydançanın qurğularından istifadə etdilər . Bu simvolik açılış mərasimində çıxış edən rayon rəhbərliyindən olan rəsmilər və kənd icma üzvləri belə əhəmiyyətli layihə üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və bu layihədə ona dəstək vermiş Niderland Krallığının Azərbaycandakı səfirliyinə təşəkkür etdilər.

Çıxışlardan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti və kənd rəhbərliyi arasında “Təhlükəsiz Oyun Meydançanın” nın kəndə təhvil verilməsi haqda xüsusi hazırlanmış müqavilə imzalanaraq meydançanın  qapısında simvolik bağlanmış qirmızı lent kəsildi. Meydança rəsmən icma uşaqlarının istifadəsinə verildi.

Tədbirdə Niderland Krallığı səfirliyinin və  HOMS təşkilatı üzvlərinin məktəb uşaqlarına gətirdiyi xeyli sayda məktəb ləvazımatı və geyim əşyaları məktəb rəhbərliyinə və Qazax rayon bölməsinə təqdim edildi. Qazax rayon bölməsi və icra nümayəndəliyi tərəfindən cənab səfirə Azərbaycan milli musiqi aləti olan Saz və məşhur  Qazax Dilboz atlarının təcəssümü olaraq stolüstü at fiquru bağışlandı.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində belə gözəl humanitar layihəyə  yönəltdiyi maliyyə ianəsini təqdim etdiyinə görə Niderland Krallığının Azərbaycandakı səfirliyinə  təşəkkür edir. və bu əməkdaşlığın uğurlu və davamlı gələcəyinə ümüd edir

20151217_124355 20151217_124631 20151217_124636 IMG_2342 IMG_2345 IMG_2351 IMG_2354 IMG_2362 IMG_2366 IMG_2367 IMG_2376 IMG_2378 IMG_2383 IMG_6832 IMG_6850 IMG_6862 IMG_6931

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.