IMG_7040

AzQAC, BQXQACF,BQXK və ÜST birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və Beynəlxalq Tibb Bacıları günlərini qeyd etdi

2023-cü il mayın 8-i, Bakı şəhərində “Ramada Hotel “də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF), Beynəlxalq Qızıl Xaç Komitəsi(BQXK) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı ilə AzQAC-ın fəxri üzvü, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara gününün 160 illiyi12 may – Ümumdünya Tibb Bacıları Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirin əsas məqsədi Qızıl Xaç və Qızıl Aypara hərəkatının əhəmiyyəti və humanitar missiyalar zamanı bu hərəkatın rolunu vurğulamaq, o cümlədən, səhiyyə xidmətlərində önəmli rola sahib olan tibb bacısı peşəsi və bu peşənin humanitar missiyalarda nə qədər vacib olmasına diqqət çəkmək, eləcə də H.Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafındakı xüsusi xidmətlərini və Humanitar Diplomatiya sahəsində olan işləri haqqında tədbir iştirakçılarının nəzərinə çatdırmaqdan ibarət idi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov, keçirilən tədbirin əhəmiyyətindən, Ulu öndərin AzQAC-ın inkişafındakı rolunu, tibb bacılarının Cəmiyyətdəki fəaliyyətini  xüsusi vurğuladı. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Davron Muhammadiyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı başçısı xanım Draqana Koiç və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı açılışda çıxış edərək tədbirin keçirilməsinin əhəmiyyətini qeyd etdilər.

Ümumdünya Səhiyyə Təşkilatının məsləhətçisi Sevgi Turan “Ümumdünya Səhiyyə Təşkilatının tibb bacısı və mamalığın gücləndirilməsi üzrə fəaliyyətləri”, AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günü”, AzQAC könüllüsü, tibb üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova “Tibb bacısı peşəsinin humanitar yardımlarda rolu” mövzusunda və “Florence Nightingale” medalı haqqında təqdimatlar etdilər.

“Florence Nightingale” medalına layiq görülmüş tibb bacısı Firuzə Əliyeva keçdiyi həyat yolundan, hərəkatdakı fəaliyyətindən bəhs etmişdir.

Tədbir QX və QA hərəkatına, eləcə də, səhiyyə xidmətlərinə böyük töhfələr vermiş tibb bacılarının mükafatlandırılması ilə başa çatdı.

IMG_7040IMG_7236 IMG_7041 IMG_7050 IMG_7053 IMG_7070 IMG_7078 IMG_7093 IMG_7098 IMG_7115 IMG_7131 IMG_7161 IMG_7164 IMG_7166 IMG_7171 IMG_7175 IMG_7177 IMG_7179 IMG_7182 IMG_7202 IMG_7204 IMG_7257 IMG_7267 IMG_7289 IMG_7308

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.