2023-cü il aprelin 1-dən may ayiının 5-nə qeder Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi birlikdə keçmiş təmas xəttinə yaxın olan kəndlərdə Silahların yaratdığı təhlükələr mövzusunda Ağdam rayonu Çıraqlı, Əhmədağalı kəndi, Tovuz rayonunun Esirlik, Cirdaxan, Ağdam və Qaralar kəndi, Füzuli rayonu Alıxanlı kəndi və Tərtər rayonunun Qaradağlı kəndlərində mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr və təhlükə ilə qarşılaşıldığı zaman nə etmələri barədə yayım sesiyaları həyata keçirilmişdir. Tədbirdə Cəmiyyətin Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov, Beynəlxalq Qızıl Xaç Komitəsinin proqram koordinatoru və əməkdaşları Nicat Məmmədov, Çingiz Rəhimov, Bishnu Mahat Eric Bastarache və rayon bölmələrinin könüllüləri iştirak etmişlər.