Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingəçevir şəhər bölməsi şəhərdə əhali arasında maarifləndirmə işini davam etdirir. Belə ki, şəhər bölməsinin təlimatçısı Könül Həsrətqızı ali tədris müəsissələrində və orta məktəblərdə “Donuz Qripi” haqqında geniş məzmunlu tədbirlər həyata keçirir.
Bu yönümlü tədbirlərdən biri 23 fevral 2016-cı il tarixində şəhərin 3 saylı orta məktəbində keçirildi. Tədbirdə müəllim və şagird kollektivi daxil olmaqla 30 nəfər iştirak edirdi.
Təlimatçı əvvəlcə məktəblilərə AzQAC haqqında ümumi tarixi,fəaliyyəti və missiyası haqqında məlumat verdi.Tədbirin ikinci hissəsində iştirakçılara “Donuz qripi” haqqında məlumat verildi. Daha sonra şagirdlərə videoçarx nümayiş olundu. Qarşılıqlı müzakirə şəklində keçirilən tədbirin yekununda məktəblilərə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərini əks eletdirən çap yayım materialları paylanıldı.