IMG-20160220-WA0004

Qızıl Xaç və Qızıl Aypara emblemlərindən icazəsiz istifadənin qarşısı qətiyyətlə alındı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi işinin aparılması yönündə ciddi tədbirlər görməkdə davam edir.

“Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa və Cenevrə Konvensiyalarına zidd olaraq, “ Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus Vağzal Tibb məntəqəsi girişində asılmış yazı tablosunda ağ fonda Qırmızı Xaç və Qırmızı Aypara təsvirlərindən istifadə edilmişdir.  Bu işlə bilavasitə məşğul olan Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin Yayımı sektoru tərəfindən Vağzal Tibb məntəqəsinə bu emblemlərdən istifadə etməyin qanunən doğru olmadığı haqqında  məlumat  verilmişdir.  Həmçinin, tibb məntəqəsi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və emblemlərdən istifadə qaydaları haqqında məlumatlandırılmışdır.

Vağzal Tibb məntəqəsi də öz növbəsində xəbərdarlığa dərhal reaksiya verərək tibb məntəqəsinin yazı tablosunu dəyişdirmişdir.

Azərbaycan  Qızıl Aypara Cəmiyyəti  bu  istiqamətdə  öz  fəaliyyətlərini davam  etdirəcək.IMG-20160220-WA0004

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.