2

Mingəçevir şəhərində maarif yönümlü tədbirlər davam etdirilir

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingəçevir şəhər bölməsi şəhərdə əhali arasında maarifləndirmə işini  davam etdirir. Belə ki,  şəhər bölməsinin təlimatçısı Könül Həsrətqızı ali  tədris müəsissələrində və  orta  məktəblərdə “Donuz Qripi” haqqında geniş məzmunlu tədbirlər həyata keçirir.

Bu yönümlü tədbirlərdən biri  23 fevral 2016-cı il tarixində şəhərin 3 saylı orta məktəbində keçirildi. Tədbirdə müəllim və şagird kollektivi  daxil olmaqla 30 nəfər iştirak edirdi.

Təlimatçı əvvəlcə məktəblilərə AzQAC  haqqında ümumi tarixi,fəaliyyəti və  missiyası haqqında məlumat verdi.Tədbirin ikinci hissəsində iştirakçılara “Donuz qripi” haqqında məlumat verildi. Daha sonra şagirdlərə videoçarx nümayiş olundu. Qarşılıqlı müzakirə şəklində keçirilən tədbirin yekununda məktəblilərə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərini əks eletdirən çap yayım materialları  paylanıldı.2 3 8 9

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.