Elmed-yeni

Özəl klinikanın Qızıl Aypara emblemindən sui-istifadəsinin qarşısı alındı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi işinin aparılması yönündə ciddi tədbirlər görməkdə davam edir.

Azərbaycan Respublikasının “Qızıl Xaç və Qızıl Aypara emblemlərindən istifadə və onların müdafiəsi” haqqında qanununa və Cenevrə Konvensiyalarına zidd olaraq, “ Elmed” klinikası xidmətlərində olan təcili yardım maşınının üzərində Qırmızı Aypara təsvirindən istifadə etmişdir. AzQAC-ın Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin Yayımı sektoru tərəfindən “Elmed” klinikasına emblemdən istifadə etməyin bu sahədə qəbul olunmuş qanuna zidd olduğu haqqında  məlumat  verilmişdir.  Klinikaya, həmçinin, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti və emblemlərdən istifadə qaydaları haqqında məlumatverici yayım materialları verilmişdir.

“Elmed” klinikası edilən xəbərdarlığı nəzərə almış və təcili yardım maşınının üzərindən qırmızı aypara emblemini çıxartmışdır.

Azərbaycan  Qızıl Aypara Cəmiyyəti  bu  istiqamətdə  öz  fəaliyyətlərini davam  etdirəcək.Elmed-yeni

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.