1 Mart Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Mingəçevir şəhər bölməsində növbəti tədbir keçirilib.Tədbir  şəhərin peşə məktəbində həyata keçirilib. Toplantı şəklində keçirilən tədbiri  məktəbin direktoru Ələddin Dəmirov açaraq toplantının mahiyyətindən, Mülki müdafiənin vacibliyindən ətraflı danışıb. Sonra  AzQAC-in Mingəçevir şəhər bölməsinin təlimatçısı Könül Ahəngari mülki müdafiənin yaranma günündən,Qızıl  Ayparanın mülki müdafiədə rolundan, xüsusən də “Mobil dəstə”lərindən danışaraq, Ayparanın respublikamızda baş verə biləcək bütün fövqəladə hallara cavab verməyə hər zaman hazır olduğunu vurğulayıb. Sonra məktəbin Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri Asif  Niftəliyev tələbələrə əyani vəsaitlərdən istifadə qaydalarını izah etdi. Tədbir hava şəraitində şərti şəkildə təşkil olundu, tələbələr texniki avadanlıqlardan və əyani vəsaitlərdən istifadəni canlı şəkildə nümayiş etdirdilər. İlk yardımla bağlı biliklərini sərgilədilər. 
  
  
  
 



 
								

