Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əsas fəaliyyət istiqaməti aztəminatlı ailələrə, tənha-kimsəsiz qocalara humanitar yardımın göstərilməsidir. Bu missiyanı mütəmadi olaraq həyata keçirən AzQAC-nin Mingəçevir şəhər bölməsi xalqımızın milli bayramı olan “Novruz” bayramında da kövrək qruplardan olan ailələri unutmadı. Belə ki, 18 mart 2016-cı il tarixində bölməmizdə qeydiyyatda olan ailələrə humanitar yardım etdi..