18 mart 2016-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Dr.Novruz Aslanov Cəmiyyətin Katibliyinin əməkdaşlarını Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə təbrik etdi. O humanitar missiyanı ölkə ərazisində həyata keçirən Qızıl Aypara kollektivinə Novruz Bayramı münasibətilə möhkəm can sağlığı, uzun ömür və gələcək işlərdə uğurlar arzuladı.
Katibliyin kollektivi də öz növbəsində Dr. Novruz Aslanovu həm Novruz Bayramı, həm də ad günü münasibətilə təbrik etdi.