Mart ayının 15-dən 17-nə kimi Gürcüstanın Tıflis şəhərində Təhlükəsiz və Möhkəm İcmaların Qurulması layihəsinin 2-ci mərhələsinin başlanğıcı ilə bağlı regional görüş keçirilmişdir. Görüşdə üç Qafqazyani ölkələrinin, Avstriya, Danimarka və İsveçrə Milli Cəmiyyətlərinin əməkdaşları ilə yanaşı Avstriya İnkişaf Agentliyinin nümayəndələri iştirak etmişdilər. Görüşün əsas məqsədi layihənin yeni mərhələsini və planlaşdırılmış fəaliyyətləri təqdim etməkdir.
Müzakirələr və təqdimatlar zamanı gözlənilən çətinliklər və onların aradan qaldırılması üçün həlli yolları, layihəyə uyğun qanunvericilik sənədləri, ətraf mühit və gender balansı kimi mövzülara toxunulmuşdur. İştirakçılar çıxışlarında tez-tez birinci mərhələdən qazanılmış təcrübəyə istinad etməklə, yeni mərhələdə yaxşı təcrübələrin istifadəsini vurğulamışdırlar.
Eyni zamanda görüşdə imkan yaranmışdır ki, bir sıra tərtib olunmuş və olunacaq sənədlər (hesabat, sorğu), tədbirlər müzakirə edilsin və təkmilləşdirilsin. Axırıncı layihə çərçivəsində olan görüşdə hər üç ölkə və donorların fəaliyyətini geniş şəkildə əks etdirən internet səyfənin yaradılması təklifi irəli sürülmüşdür. Görüşdə səyfənin qaralama variantı təqdim edilmişdir.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini prezidentinin müşaviri, layihənin kordinatoru Elşən Səlimzadə, İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, AzQAC Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri, layihənin meneceri Fərid Seyidzadə və layihə üzrə məsləhətçi Faiq Tahirli təmsil edirdilər.