Qazax rayonunun Xanlıqlar kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu 2016-cı il aprelin 9-da kəndin ” Gözəl dərə” ərazisində qulançar adlanan ərzaq bitkisini yığarkən,ermənilər tərəfindən basdırılmış piyadalar əlehinə minaya düşmüşdür.Hərbiçilərin köməyilə o Qazax şəhər Diaqnostika mərkəzinə çatdırılmışdır.Minadan zərər çəkənin sol ayağı dizdən aşağı hissəsindən amputasiya olunmuşdur.AzQAC-nın Qazax rayon bölməsi özünün missiyasına uyğun olaraq,xəstəyə baş çəkmiş,ona maddi və mənəvi dayaq olmuşdur.AzQAC ilə ANAMA arasında bağlanmış Anlaşma Memorandumuna əsasən ANAMA-nın tərtib etdiyi İMİSMA blanklarını doldurularaq AzQAC-nə göndərilmişdir.Həmin ərazidə son 2 il ərzində Xanlıqlar kənd sakinlərindən 3 nəfər minaya düşmüşdür.İkisi ölmüş biri isə ayağını itirmişdir.