Az.QAC-in Qax rayon bölməsi 2016-cı il aprel ayının 19-da Qax rayon Təhsil şöbəsinin nümayəndəsi Leyla Rzayevanın iştirakı ilə Ağçay və İlisu kənd orta məktəblərində maarifləndirici seminar keçirildi. Öncə Az.QAC Qax rayon bölməsinin sədr müavini Sevda Həmzəyeva insan alveri və onun qurbanına çevrilməməyin yolları haqda şagirdlərə geniş məlumat verdi.Sonra mövzunu əhatə edən film nümayiş etdirildi və şagirdlərlə mövzu ətrafında geniş müzakirələr aparıldı.