image-21-04-16-11-55-7

AzQAC-ın növbəti qanvermə aksiyası Milli Elmlər Akademiyasında

Məlumdur ki, hər bir 18 yaşından yuxarı olan şəxs (insan) ölkədə donorluq üzrə fəaliyyətdə iştirak edə bilər.  Son zamanlar vətəndaş mövqeyi göstərmək, sosial statusu artırmaq məqsədilə bir çox müəssisə və tədris ocaqları, şirkətlər və ya təşkilatlarda qanvermə aksiyalarının təşkil olunması müşahidə edilir.

Hər bir müəssisədə qanvermə aksiyasının keçirilməsi Azərbaycanda kütləvi təmənnasız donorluğunun inkişafı üzrə dövlət Proqramına kömək etmək imkanıdır. (Milli Proqramın Təşkilatçıları – Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir). Eyni zamanda qanvermə aksiyası – kollektivin işçilərinin sağlamlığını müntəzəm olaraq yoxlanmasana imkan yaradır.

Proqramın vəzifələrindən biri – müəssisələrdə kollektiv donorluğun bərpası,  təmənnasız könüllü qan donorluğunun inkişaf etdirilməsidir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Region Mərkəzlər və Yerli bölmələri vasitəsilə, eyni zamanda əməkdaşlıq çərçivəsində  müəssisə və təhsil ocaqlarında Mərkəzi Qan Bankının iştirakı və dəstəyi ilə kütləvi qanvermə aksiyalarının təşkilini həyata keçirir.  Belə növbəti qanvermə aksiyası Azərbaycan Milli Elmlər Akademiyasında aprel ayının 21-də, Akademiyanın Mərkəzi Elmi Kitabxanasında baş tutmuşdur. Qeyd etmək lazımdır ki, bu müəssisədə fəaliyyət göstərən AzQAC Bölməsinin sədri Ceyran Nağıyevanın yüksək təşkilatçılığı ilə keçirilən qanvermə aksiyası artıq ənənəyə çevrilir. Aksiyada  Kitabxananın rəhbəri Leyla İmanova və işçiləri, Akademiyanın Zoologiya İnstitutunun rəhbəri  və digər institutların 100-dən artıq işçi heyəti iştirak edib, qan vermişlər. AzQAC-in vitse-prezidenti Qafar Əsgərzadə tədbir iştirakçılarını salamlayaraq, Cəmiyyətin qan donorluğu və humanitar sahədə həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumatla çıxış etmişdir. Aksiyanın qana ehtiyacı olan insanlara dəstək,  məqsəd və məramını qeyd edərək,  bu xeyirxah addımlarına görə qan donorlarına  minnətdarlığını bildirmişdir. O, aksiyanın ənənəvi olaraq, AzQAC-in təsisçisi, general-leytenant  Əliağa Şıxlinskinin doğum günü ilə əlaqədar təşkil olunmasını da xüsusi vurğulamışdır. Tədbirdə AzQAC Sağlamlıq və qayğı, Beynəlxalq əlaqələr və informasiya, Beynəlxalq Humanitar Hüquq və Yayım, İcmaların inkişafı şöbələrinin nümayyəndələri iştirak edib, qan verən şəxslərə diqqət və qayğı göstərmişlər. Aksiyada 61 nəfər qan vermişdir. Aksiya KİV-də xüsusən AzTV, Space, İTV kanallarında işıqlandırılmışdır.image-21-04-16-11-55-7 image-21-04-16-11-55-9 image-21-04-16-11-55-10 image-21-04-16-11-55-14 image-21-04-16-11-55-17 image-21-04-16-11-55-19 image-21-04-16-11-55-22 image-21-04-16-11-55-27 image-21-04-16-11-55-30 image-21-04-16-11-55-31

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.